1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:08.08.2019 12:11:57

Qırğızıstanın təhlükəsizlik qüvvələri keçmiş prezident Almazbek Atambayevi həbs etmək üçün onun evinə basqın edib.

İslamazeri.com "bbc"yə istinadən xəbər verir ki, Qırğızıstanın təhlükəsizlik qüvvələri keçmiş prezident Almazbek Atambayevi həbs etmək üçün onun evinə basqın edib.

Cənab Atambayevin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib, bir zabit güllə yarasından ölüb, rəsmilər bildirir.

Cənab Atambayev korrupsiyada ittiham olunur, amma o, bu ittihamları rədd edir. İyun ayında parlament onu toxunulmazlığından məhrum edib. 

Qırğızıstanın milli təhlükəsizlik komitəsinin məlumatına görə, çərşənbə günü "yalnız rezin güllə ilə silahlanmış" xüsusi təyinatlılar keçmiş prezidentin saxlanılması üçün "xüsusi əməliyyat" aparıblar.

Komitə qoşunları keçmiş prezidentin olduğu igamətgaha daxil olarkən cənab Atambayevin tərəfdarlarının canlı səddi ilə qarşılaşıb.

Ölkənin Səhiyyə Nazirliyi Koi-Taş kəndindəki qarşıdurmada təhlükəsizlik qüvvələrinin bir neçə üzvü də daxil olmaqla 36 adamın yaralandığını söyləyib.

Yerli media yazır ki, daha 6 əsgər cənab Atambayevin ardıcılları tərəfindən saxlanılıb. 

Facebook sosial şəbəkəsində basqının görüntülərini yerləşdirən şahid Mirbek Aitikeyev AFP xəbər agentliyinə Atambayevi qoruyanlardan bəzilərinin "camaatın basqısı altında geri çəkilən" xüsusi təyinatlılardan silah aldıqlarını söyləyib.

"Atambayev hələ də evindədir ... əlavə qüvvələrin göndəriləcəyi barədə şayiələr var. Buradakı insanlar hazırlıqlar görür", o deyib.

Yayılmış videoda çaxnaşma yarandıqda cənab Atambayevin tərəfdarlarını salamladığı görünür. Arxa planda atışma səsləri gəldikdə insanlar qaçmağa və qışqırmağa başlayırlar.

Gecə düşdükdə təhlükəsizlik qüvvələri yaxınlıqda toplanan zaman keçmiş prezidentin iqamətgahına aparan yollarda Atambayev tərəfdarları barrikadalar qurub. 

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Qırğızıstan müstəqillik əldə edib və ölkənin 6 milyonluq əhalisinin əksəriyyəti türkdilli müsəlmanlardır.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək prezident olub. Ondan sonra prezident Sooronbai Jeenbekov olub.

Həmin vaxt onlar yaxın müttəfiq idi, amma münasibətlər sonradan pisləşib. Müşahidəçilər deyirlər ki, cənab Jeenbekov ötən il öz sələfini siyasi cəhətdən tərk etməyə başlayıb. 

Toxunulmazlığını itirdikdən sonra eks-prezident Atambayev vəzifədə olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə məsələsi ilə bağlı sorğu-sual üçün polisə təslim olmaq əmrlərinə məhəl qoymayıb.

Getdikcə güclənən Almazbek Atambayev keçən ay Rusiya prezidenti Vladimir Putin ilə görüşmək üçün Moskvaya gedib, lakin Rusiya lideri cənab Jeenbekovu dəstəklədiyini bildirib və ölkəni "hazırkı prezident ətrafında birləşməyə" çağırıb.

Jeenbekovun ofisi onun Bişkekə qayıtmaq üçün tətilini yarımçıq kəsdiyini və cümə axşamı səhər saatlarında Təhlükəsizlik Şurasının iclasını çağırdığını bildirib.

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev bu gün yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 18.00-da) ölkə paytaxtı Bişkekdə “Forum”un binası qarşısında mitinq keçirəcək. 

Onun sözlərinə görə, həmin aksiyada tərəfdarları ilə görüşəcək və bu tədbirdən sonra, o, parlamentin binası qarşısında mitinq keçirməyi planlaşdırır.

Keçmiş prezident bildirib ki, hadisə zamanı tərəfdarları silahlı olmayıb, xüsusi təyinatlının ölümündə isə hakimiyyət günahkardır.


Qırğızıstan qoşunları keçmiş prezidentin evinə basqın etsə də... VIDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ