Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:25.06.2022 10:20:57

Qətər əmiri Şeyx Təmim bin Həmid Əl-Sani Qahirəyə səfər edib.

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Dohaya tətbiq etdiyi embarqonun ləğvindən sonra, Qətər əmiri Şeyx Təmim bin Həmid Əl-Sani Qahirəyə ilk səfərini edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Misirə sonuncu dəfə 2015-ci ildə səfər edən Əl-Sani, Qahirə Beynəlxalq Hava Limanında Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən qarşılanıb.

Misir Rəyasət Heyətinin rəsmi sözçüsü tərəfindən verilən açıqlamaya görə, səfər zamanı liderlərin, iki ölkə arasında ikitərəfli əlaqələrlə yanaşı, bütün sahələrdə əlaqələri inkişaf etdirməyi nəzərdən keçirəcəkləri və iki ölkəni maraqlandıran regional və beynəlxalq siyasi məsələləri müzakirə edəcəkləri bildirilib.

Qeyd edək ki, səfər, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhmanın Misirə 5 milyard dollar sərmayə qoyacaqlarını açıqlamasından iki ay keçməmiş baş verib.


Qətər əmiri 7 ildən sonra Misirə səfər edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     15.08.2022
    “AzərEnerji” dənizdə böyük estakada tikir - VİDEO
    Bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ