EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:25.01.2019 12:48:30

İlham Şaban: "Ortada qaz ticarəti olmayacaqsa, bu o deməkdir ki, nümayəndəliyin açılmasında digər səbəblər axtarmaq lazımdır”

Rusiyanın neft-qaz nəhəngi "Qazprom” Azərbaycanda nümayəndəlik açıb. Bu barədə mətbuatda yayılan xəbərdə deyilir ki, nümayəndəlik Bakıda ötən il dekabrın 12-də Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınıb. "Qazprom”un Azərbaycandakı rəsmi nümayəndəsi rusiyalı Maqsud Andercanovdur.
 
Xatırladaq ki, "Qazprom”un Direktorlar Şurası hələ 2017-ci ilin oktyabrında Azərbaycanda nümayəndəlik açılması barədə qərar qəbul edib. Rusiyanın qaz nəhəngi ilə Azərbaycan arasında əməkdaşlıq 2000-ci ildən mövcuddur. Lakin nədənsə Azərbaycanda təmsilçilik açmaq "Qazprom”un yadına indi düşüb. Rusiyanın qaz şirkətinin Bakıya bu qədər maraq göstərməsinin arxasında yatan səbəbləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandan soruşduq.
 
İ.Şaban "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, "Qazprom”un Bakıda təmsilçilik açması qaz sahəsində ticarətlə bağlı deyil. Çünki artıq Bakının Rusiyadan qaz almasına ehtiyacı yoxdur: "”Qazprom"un məhz indi Bakıda nümayəndəlik açması çox maraqlıdır. Təbii ki, səbəbsiz deyil. Amma mən bunu idxal və ixracla əlaqələndirmirəm. Çünki onlar da çox gözəl bilirlər ki, Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 2018-ci ilin ikinci yarısından etibarən artmağa başlayıb. Azərbaycan 2019-cu ildən sonra bir daha qaz idxalçısına çevrilməyəcək".
 
Ä°lham à Âaban ile ilgili görsel sonucu
 
İ.Şabanın sözlərinə görə, artıq Azərbaycanın qaz hasilatı ötən ildən etibarən yüksələn xətt üzrə gedir. Yaxın iki ildə Azərbaycanda qaz hasilatı 2, hətta 3 milyard kubmetr arta bilər: "Bilindiyi kimi, indiyə qədər Azərbaycanla Rusiya Federasiyası arasında qaz sahəsində əməkdaşlıq 2000-ci ilin oktyabrından başlayıb. Azərbaycanın ”Qazprom" şirkəti ilə əməkdaşlığı ancaq qaz alğı-satqısı üzrə olub. Arada müəyyən fasilələrlə əlaqələr davam edib. Amma qeyd etdiyim kimi, ancaq qazın satışı üzrə olub. Bəzən biz də onlara qaz satmışıq, ancaq əksər vaxt onlardan almışıq. Lakin dediyim kimi, bundan sonra Azərbaycanın qaz almasına ehtiyac qalmır, hər il qaz istehsalı artır. 2018-ci ildə Azərbaycanda qaz hasilatı bir milyard kubmetr artıb. Bu il də artım olacaq. O biri ildə isə artım 2 və hətta mümkündür ki, qaz hasilatı 3 milyard kubmetr artsın. Yəni bundan sonra Azərbaycanda qaz hasilatı daim artıma doğru gedəcək. Təbii ki, qaz ixracatımız da artacaq".
 
Əgər iki ölkə arasında qazın alğı-satqısına dair əməkdaşlıq olmayacaqsa, o zaman "Qazprom” şirkəti Azərbaycanda niyə nümayəndəlik açır? İlham Şaban nümayəndəliyin açılmasının arxasında digər səbəblərin dayandığını düşünür: "Ortada qaz ticarəti olmayacaqsa, bu o deməkdir ki, nümayəndəliyin açılmasında digər səbəbləri axtarmaq lazımdır. Burada bir neçə səbəb ola bilər. Birincisi, ”Qazprom" şirkəti Azərbaycanın neft-qaz yataqlarına daxil olacaq. Yəni mümkündür ki, şirkət Azərbaycanın neft-qaz sektorunda pay almaq, çalışmaq üçün layihə təklif edə bilər. Ola bilsin bununla bağlı razılıq da əldə edilib. İkincisi, "Qazprom” görür ki, 21-ci əsr Azərbaycan üçün bir qaz əsrinə çevrilir. Və bu bazarda özünün xidmətlərini qaz avadanlığı, qaz servisini təşkil olunması ilə bağlı təklif edə bilər. Və buradan da nəsə qazana bilər".
 
Bəs Azərbaycan buradan nə qazana bilər? İlham Şaban deyir ki, "Qazprom”un xidmətləri digər analoji xarici şirkətlərlə müqayisədə daha ucuz və münasib ola bilər: "Başqa mövzular da ola bilər. Mümkündür ki, gizli saxlanılan məsələlər də olsun. Sonradan açıqlansın. Hələlik mən başqa bir informasiyaya malik deyiləm. Bu iki variantı güman edirəm. Başqa bir şey ağlıma gəlmir”.

“Qazprom” niyə indi Azərbaycanda nümayəndəlik açdı? - MÜƏMMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ