1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:08.02.2020 13:58:43

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev artıq "Twitter"də hadisə ilə bağlı açıqlama verib.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bu gün gecə saatlarında Qazaxıstanın cənub-şərqində yerləşən Masançi və Sortobe kəndlərində baş vermiş kütləvi iğtişaşlarda səkkiz nəfər həlak olub, 40 nəfər xəsarət alıb. Sputnik Qazaxıstan xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Yerlan Turqumbayev Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilmiş brifinq zamanı deyib.

Ümumilikdə davada Masançı kəndindən 70 nəfər iştirak edib, eləcə də digər kəndlərdən 300 nəfər iğtişaşlara qoşulub.

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev artıq "Twitter"də hadisə ilə bağlı açıqlama verib.

"Xuliqan motivləri ilə qrup davası baş verib. Təxribatçılar bundan yararlanmağa çalışıblar. Polis vəziyyəti normallaşdırıb və nəzarət altına alıb", – Tokayev qeyd edib.

Daxili İşlər Nazirliyinin versiyasına görə, münaqişənin xronologiyası

Fevralın 7-də yerli vaxtla saat 19:00-da Jambıl vilayətinin polis idarəsinin növbətçi hissəsinə Korday rayonunun Masançi kəndi yaxınlığında 70-ə yaxın aqressiv əhval-ruhiyyəli sakinin toplaşdığına dair məlumat daxil olub.

Hadisə yerinə Korday Rayonu Daxili İşlər İdarəsinin əməkdaşları gəliblər. Təxribatçılar və münaqişə şahidləri baş verənləri videoya çəkiblər, messencerlər və sosial şəbəkələr vasitəsilə vətəndaşları qanunazidd hərəkətlərə çağırıblar. Bu, münaqişənin kəskinləşməsinə və davanın iştirakçılarının sayının artmasına gətirib çıxarıb.

Nəticədə qonşu yaşayış məntəqələrindən daha 300-ə yaxın adam davaya qatılıb.

İctimai asayişi təmin etmək məqsədilə Masançi kəndinə əlavə polis qüvvələri göndərilib. Münaqişə iştirakçıları polis əməkdaşlarına fəal müqavimət göstərib və onların qanuni tələblərinə kobud şəkildə tabe olmayıblar.

Xuliqanlar metal əşyalar, daşlar və odlu silahdan istifadə ediblər. Münaqişə sonradar Auxattı və Bulan-Batır kəndlərini də əhatə edib.

Yaşayış məntəqələrinin perimetri boyu və onlara aparan avtomobil yollarında blok-postlar qurulub. Kütləvi iğtişaşlar zamanı onlarla iştirakçı bədən xəsarətləri və güllə yaraları alıb, səkkiz nəfər isə aldığı xəsarətlərdən dünyasını dəyişib.


Qazaxıstanda iğtişaşlar: Ölənlər var, evlər yandırıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ