EURO 2,1108 NEFT 65,25
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:18.01.2018 18:55:53

"Qüds" briqadasının komandiri, general Qasim Süleymani gündəmlə bağlı mediaya bəzi açıqlamalrı verib

İslamazeri.com İran mediasına istinadən verdiyi xəbərə görə, İran İslam İnqilabının Keşikçiləər Korpusunun "Qüds" briqadasının komandiri, general Qasim Süleymani gündəmlə bağlı mediaya bəzi açıqlamalrı verib.

O irandakı iğtişaşlarla bağlı bildirdiyi açıqlamada "Bir axmağın İran İslam Respublikasının bayrağını yandırma görüntülərini izlədikdə çox üzüldüm. Öz-özümə kaş bayraq yerinə məni 10 dəfə yandıraydılar. Çünki bu bayrağı yüksəltmək üçün hər zirvədə (döyüş zonasında) 10 şəhid verdik", - deyə bildirib.

Suriyadakı döyüşlərlə bağlı danışan Süleymani deyib:  "Müqəddəs müdafiə döyüşçüləri meyar idilər və müqavimət cəbhəsinin region səviyyəsində yayıldığı indiki dövrdə müqavimət cəbhəsi döyüşçüləri üçün meyar olmaqda davam edirlər. Dünya xalqları şiəliyin və İran xalqının övladlarının təkfirçi cərəyan qarşısındakı qələbəsinə borcludurlar. Müqəddəs müdafiə dövrünün və bugünkü hərəm müdafiəsinin şəhidləri İslam, şiəlik, İran İslam Respublikası quruluşu, İran xalqı və hətta dünya üçün böyük qələbələri müjdə gətiriblər."

General ziyarətgah müdafiəçilərinin haqqın nahaqqa qarşı cəbhələrindəki şücaət və fədakarlıqlarına işarə edərək sözlərinə belə davam edib: "Bu gün düşmənlərin bir çox fitnələri İslam İnqilabının Böyük Rəhbərinin müdrik rəhbərliyi sayəsində uğursuz qalıb və müqavimət cəbhəsi daha da genişlənibdir".

İranlı general Fələstin xalqına dəstək və sionist rejimlə mübarizəni İranın dini və inqilabi vəzifəsi adlandırıb və bildirib ki, müqavimət mehvərinin Suriya cəbhəsindəki qələbəsi fitnənin miqyası və bu fitnənin arxasında duran kəslər baxımından heç bir hadisə ilə müqayisə ediləsi deyildir.

"Vətəndaşlara məhkəmə və iqtisadi sahədə xidmət mövzusunda İslami nizamımızın gücü artdığı zaman bütün dünya birləşib İrana qarşı fitnə qursa da, əllərindən bir şey gəlməz, Onlar 80 milyon əsgərlə qarşı qarşıya qalacaqlar.", - deyən Süleymani İranın Məhkəmə Sisteminin sədri Ayətullah Amoli Laricaninin ABŞ-ın qara siyahısına alınmasını da bir şərəf və izzət adlandrıb və onun İslami Nizamı qoruduğunu deyib.


Qasim Süleymani: Kaş məni 10 dəfə yandıraydılar, amma o işi görməzdilər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 191 dövlət əmlakı satışa çıxarılacaq
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
     19.02.2018
    Zərif İsrailin
    İsrail və ABŞ-ın ara-sıra İran İslam Respublikasının Suriyada hərbi bazasının varlığıyla bağlı açıqlamalarına İranın XİN başçısı cavab verib
     19.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ