1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:27.06.2018 15:11:42

Hazırda satışda olan qarpızlar istixana şəraitində yetişdirilib. Açıq havada yetişmiş qarpız isə bir həftə - on gün ərzində bazarlara çıxarılacaq.

Bazarlara qarpız çıxarılıb. Adətən iyulun ortalarında və avqustda yeməyə alışdığımız qarpızın indidən satışa çıxarılması onun təhlükəli ola bilməsi ilə bağlı tərəddüdlər yaradır. Qida Təhülkəsizliyi Agentliyinin məlumatına görə, iyun ayının sonlarında qarpızın satışa çıxarılması normal haldır. Sadəcə olaraq qarpız seçimi edərkən onun ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Həmçinin qarpızın saplağının yaşıl olması da vacib amillərdən biridir. Bundan başqa, qarpızın üzərində sarı ləkələr də olmalıdır. Çünki yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir.

İslamazeri.com xəbər verir ki, satıcıların “Xəzər Xəbər”ə verdiyi məlumata görə, hazırda satışda olan qarpızlar istixana şəraitində yetişdirilib. Açıq havada yetişmiş qarpız isə bir həftə – on gün ərzində bazarlara çıxarılacaq.

Qiymətlər isə 40 qəpik-1 manat arasında dəyişir. Satıcılar havaların isti keçməsi ilə əlaqədar qarpıza tələbatın böyük olduğunu deyirlər.

Qida Təhülkəsizliyi Agentliyinin daha bir xəbərdarlığı isə qarpızın kəsilməsi ilə bağlıdır. Qurum qarpızın kəsilərək alınmasını tövsiyə etmir. Çünki qarpızı kəsən bıçaq sanitariya və gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Bu qaydaya isə bazar şəraitində satıcıların riayət etməsi müəyyən şübhələr yaradır.


Qarpız alarkən bunlara diqqət edin - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AŞURA 2018: İmamzadə (Gəncə) - VİDEO
    Bu gün ölkəmizdə Aşura məclisləri keçirilib.
     20.09.2018
    AŞURA 2018: Xanım Fatimeyi Zəhra məscidi - FOTO-VİDEO
    Bu gün ölkəmizdə Aşura məclisləri keçirilib.
     20.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ