1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:08.07.2020 12:33:34

ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri özünün yeni kitabını yazıb

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri özünün yeni “Olduqca çox və heç vaxt az: mənim ailə necə dünyanın ən təhlükəli adamını yaratdı” kitabında ölkənin gələcək prezidentinin yerinə ev tapşırıqlarını edən və imtahanları verən şəxsin adını açıqlayıb.

Onun sözlərinə görə, hazırkı ABŞ prezidenti kiçik yaşlarından aldatmağa və şəxsi maraqları çərçivəsində ətrafdakıları təngə gətirməyə hazır biri idi.

Meri kitabında yazır ki, yalan Tramp üçün “hər şeydən öncə, ətrafdakıları onun əslində olduğundan yaxşı olduğuna inandırmaq yolu oldu”.

Müəllif deyir ki, gələcək prezidentin bacısı Merienn “onun (Trampın) əvəzinə ev tapşırıqlarını” edirdi. Fordem Universitetini tamamlamayan Tramp başqa ali məktəbə daxil olmaq qərarına gəldi. Bu, Pensilvaniya Universiteti idi. Meri bildirir ki, Tramp bunun üçün “ağıllı oğlan” hesab edilən və yaxşı imtahan verə bilən biri kimi tanın Co Şapiro adlı birinə pul verdi.

Xatırladaq ki, Ağ Ev bəyan edib ki, Meri Trampın kitabı “yalan toplusudur”.

Kitabın nəşri cari ilin 28 iyul tarixinə təyin edilib.


Qardaşı qızı Trampın sirrlərini açdı: Ev tapşırıqlarını özü yazmırdı, imtahanı...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan sərhədini qeyri-qanuni keçən əcnəbilər saxlanılıb - VİDEO
    Onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
     14.08.2020
    Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ