EURO 2,0859 NEFT 69,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:14.09.2017 12:18:12

Ağdam klubunun futbolçuları sosial şəbəkə hesablarında matçla bağlı paylaşımlar ediblər.

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Çelsi”yə 0:6 hesabı ilə uduzub.

Ağdam klubunun futbolçuları sosial şəbəkə hesablarında matçla bağlı paylaşımlar ediblər. Sizi həmin paylaşımlarla tanış edirik:

Polşalı müdafiəçi Yakub Jezniçak “Çelsi” ilə matçdan foto paylaşaraq, üzərinə “yaxşı dərsdir, çünki bu Çempionlar Liqasıdır” yazıb.

Cənubi Afrikalı hücumçu Dino Ndlovu isə London təmsilçisi ilə matçdakı fotosuna bu sözlərlə şərh verib: “Məğlubiyyət hər zaman pis təsir edir. Amma biz “Qarabağ”ıq. Biz uğursuz və məğlubiyyətlərə alışan komanda deyilik”.

Komandanın gənc oyunçusu Mahir Mədətovun fikirləri isə belə olub: “Bəzən qazanarsan, bəzən isə öyrənərsən”.

Ağdam klubunun yeni transferi Pedro Konzen Enrike də düşüncələrini fotosu ilə birlikdə bölüşüb: “Uğursuz nəticəyə rəğmən, bu şounun bir hissəsi olmaq möhtəşəmdir. Əlbəttə ki, daha yaxşısını edə bilərik. Biz bir komandayıq, biz “Qarabağ”ıq. Amma rəqibin böyüklüyünü və oyun keyfiyyətini unutmamalıyıq”.

Qara Qarayev isə matçdan sonra David Luiz və Pedro Rodrigezlə fotosunu paylaşaraq azarkeşlərə təşəkkür edib: “Hər kəsə təşəkkür edirəm. Belə anlarda sizin dəstəyinizi hiss etmək möhtəşəmdir”.

 

“Qafqazinfo”


“Qarabağ”lı futbolçuların “Çelsi” paylaşımları - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018
    Özbəkistanda 8 tonluq plov hazırlandı - FOTOLAR
    Meqa plovun hazırlanması Özbəkistan Müdafiə Günü bayramına həsr edilib
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ