Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:1.12.2021 15:41:07

Bunu Macarıstanın Avropa Parlamentindəki deputatı Marton Gyongyosi öz çıxışı zamanı deyib.

“Bu gün biz suallar eşidirik ki, niyə bu müharibə baş verdi, niyə bunun gəlişini kimsə görmədi? Birinci Qarabağ müharibəsinin bitməsindən 30 il keçib. İkinci dünya müharibəsində bəri dünya düzəninə nəzarəti Qərb institutları edir - NATO, ATƏT, BMT və s. Bu illər ərzində Qərb institutları Qarabağ münaqişəsi ilə bağlı çox sayda qətnamə, sənəd qəbul edib. Bütün bu sənədlərin hamısında deyilirdi ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır, etnik azlıqların hüquqlarına hörmət olunmalıdır və s. Biz bu illər ərzində bütün bunları demişik, indi isə hamımız təəccübümüzü ifadə edirik ki, bu münaqişə haradan çıxdı, niyə alovlandı? Hər kəs bilirdi ki, bu münaqişə gec, ya tez alovlanacaq. Bu, niyə indi baş verdi sualını vermək olar, amma siz niyə baş verdi sualını soruşursunuz. Bu, qeyri-legitim sualdır. Çünki biz hamımız vəziyyətin nədən ibarət olduğunu bilirdik”.

İslamazeri.com APA-ya istinadla xəbər verir ki, bunu Macarıstanın (Jobbik partiyasından) Avropa Parlamentindəki deputatı Marton Gyongyosi Avropa Parlamentinin Xarici Məsələlər Komitəsində Azərbaycan və Ermənistan arasında münasibətlərlə bağlı müzakirələrdə çıxışında deyib.

“Biz bilirdik ki, Rusiya Ermənistanın tərəfindədir və onu dəstəkləyir, regiona ordularını yeridir, eyni zamanda Türkiyənin bu prosesə daxil olacağını da biz bilirdik. Türkiyə NATO üzvüdür və NATO üzvünün münaqişə tərəfinin birini dəstəkləməsi bizə problem kimi göründü.

Biz indi bu, necə baş verdi sualını veririk, ancaq mənim vermək istədiyim sual odur ki, biz bundan nəticə çıxara, olanlardan dərs götürə bildikmi ki, bu “donmuş münaqişə” ilə 30 il ərzində məşğul olmadıq. Biz çox sayda qətnamə qəbul etdik, lakin bu qətnamələrin bir hərfini belə icra etmədik bu illər ərzində. Bu gün dünyanın müxtəlif nöqtələrində “dondurulmuş münaqişələr” var. Demək istəyirəm ki, növbəti dəfə belə münaqişələr alovlananda biz ətrafa baxıb "niyə, nə üçün, necə suallarını verməyək", - deyə macar deputat vurğulayıb.


"Qarabağla bağlı qəbul etdiyimiz qətnamələrin bir hərfini belə icra etmədik"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ