1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:29.11.2019 09:53:50

Cümşüd Nuriyev həmin gün Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərinin ünvanına səsləndirdiyi ifadələrə aydınlıq gətirib.

İctimai Televiziyanın “3D” adlı layihəsində aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin bu dəfəki qonağı AzTV-nin efirində qalmaqallı çıxış edən politoloq Cümşüd Nuriyev olub.

Baku.ws xəbər verir ki, efir zamanı “Lüba” xarakteri ilə efira çıxan xanım politoloqa öz etirazını bildirib. “Lüba” stolunun üstündə “qadınlara hörmət” yazılan lövhə qoyub.
Daha sonra Dadaş Dadaşlinskinin qəbuluna girən Cümşüd Nuriyev həmin gün Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərinin ünvanına səsləndirdiyi ifadələrə aydınlıq gətirib.

Yaxınları arasında boşanmış qadınların olduğunu etiraf edən Cümşüd Nuriyev efirdə səsləndirdiyi fikirlərin konteksdən çıxarıldığını bildirib.

O, bildirib ki, fikirlərinin arxasını verməyiblər. Dadaş Dadaşlinskinin sərt sualından sonra Cümşüd Nuriyev nəhayət ki, emosional vəziyyətdə fikirlərini düzgün ifadə etməyib.

“Söhbət bilavasitə parlamentə hücumdan gedirdi. Həmin vaxt mən millət vəkili kimi orada idim. O vaxt keçirdiyim emosiyanı təkrar yaşadım. İnsan emosional vəziyyətdə olanda beyni ilə dili arasında müəyyən problem yaranır.

Ərindən boşanmaq məsələsinə gəlincə, o qadınları tanıyırdım.

Fikrim həmin anda kadrlara baxa-baxa söylədiyim fikirlərdir. Sayt mənim dediyim sözləri verir. Orada konkret xanım Xəlilovanın batalyonu demək istədim. Oradakı qadınların heç biri döyüşməmişdi”, - deyə politoloq bildirib.

Aparıcının “Bu ona əsas verir ki, boşanmış qadın deyəndə onları əxlaqsız demək olar?” kimi sərt suallarına Cümşüd Nuriyev doğru-düzgün cavab verə bilməyib.
Politoloq nəhayət danışığı zamanı üslub seçiminin səhv olduğunu etiraf edib. Rəsmi üzr istədiyini deyən Cümşüd Nuriyev efirdə təkrar Azərbaycan qadınlarından üzr istəyib:

“Birinci Qarabağ qazilərindən üzr istəyirəm. Bütün xanımlardan üzr istəyirəm, çünki söhbət bir əlin barmağı qədər olan qadınlardan söhbət gedirdi.

Lakin bunu da deməli deyildim. Məsələnin bu qədər şişməsini istəmirəm. Cəmiyyət mövzusuz qaldığına görə istəyirəm məsələ bağlansın. Hər bir qadın mənə əzizdir”.


Qarabağda döyüşən qadınları təhqir edən deputat: “Cəmiyyət mövzusuz qaldığına görə istəyirəm məsələ bağlansın”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı
    Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.
     11.12.2019
    İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza
    İmişlidə avtomobilin vurduğu piyada dünyasını dəyişib.
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ