Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:25.11.2021 14:19:08

“Qara” dələduzluq: mövsumi endirimlər və “qara cümə günü” ərəfəsində fişinqin onlayn ödəniş sahəsindəki həcmi 208% artıb

Şirkətdən İslamazeri.com-a verilən məlumata görə, ümumilikdə 2021-ci ilin ilk 10 ayı ərzində "Kaspersky" tərəfindən 40 milyondan çox fişinq hücumu qeydə alınıb və dələduzlar iri brendlərin adı altında gizlənərək əsasən onlayn mağazalar və maliyyə təşkilatlarını hədəf alıblar.
Məlumatın davamında deyilir: "Adətən belə hücumlar zamanı təcavüzkarlar istifadəçinin pulunu və şəxsi məlumatlarını ələ keçirməyə cəhd edirlər. Belə sxemlərdən birində dələduzlar məşhur supermarketi yamsılayıb və müştərilərə guya şirkətin xidmətini yaxşılaşdırmaq üçün keçirilən sorğuda iştirak etmək dəvəti göndəriblər. Sorğuya qatılanlara pul da daxil olmaqla, uduşlar vəd edilib. Maraqlıdır ki, "skam mesaj" ehtiva edən belə bir səhifə brauzerin dil bölməsində əks olunub. Məsələn, istifadəçi Azərbaycandadırsa, amma onun brauzerinin tənzimləmələri ingilis dilindədirsə, səhifə ingilis dilində olacaq"."Dələduzlar tez-tez elektron ödəniş və onlayn mağazalar qismində maskalanırlar. Təhlükəsizlikdən əmin olmaq üçün, saytın doğrudan da göstərilən brendə aid olub-olmadığını yoxlayın: ünvanın adı rəsmi ünvanla üst-üstə düşür, URL isə HTTPS-lə başlayır".
 
Şirkət dələduzların toruna düşməmək üçün digər onlayn təhlükəsizlik qaydalarına da əməl etməyi məsləhət görür:
  • poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin;

 

  • onlayn alış-veriş üçün ayrıca bir kartınız olsun, məsələn, virtual kartda kiçik məbləğ saxlayın, həmçinin gündəlik xərc limitləri təyin edin;

 

  • onlayn mağaza tanınmış deyilsə, xüsusi “whois” xidmətlərində onun domeni haqqında məlumatları yoxlayın: əgər o, tamamilə yenidirsə və fiziki şəxsin adına qeydiyyatdadırsa, oradan alış-veriş etmək lazım deyil;

 

  • məsələn, “Kaspersky Internet Security” kimi bir qoruma proqramı yükləmək pis olmaz. O, fişinq və ya "skam" saytlarına və ya zərərli reklam banerlərinə keçidi önləyir.

"Qara endirimlər"lə bağlı XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ