EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.03.2019 14:57:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən İslamazeri.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.


Qar yağacaq, temperatur enəcək- XƏBƏRDARLIQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ