Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.09.2022 10:49:34

Bu barədə Baş prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov rəsmi mətbuata məqaləsində qeyd edib.

2021-ci il və 2022-ci ilin ilk 6 ayı ərzində “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanun pozuntularından çəkindirmək məqsədi ilə 65 vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov rəsmi mətbuata məqaləsində qeyd edib.

“2021-ci il və 2022-ci ilin ilk 6 ayı ərzində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşları hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında respublikanın məhkəmələrində baxılan 23 674 iş üzrə məhkəmə proseslərində iştirak etmişlər. Qeyd edilən dövrdə idarə tərəfindən 215 cinayət xarakterli məlumat üzrə aparılmış araşdırma nəticəsində 175 cinayət işi başlanmış, 244,951 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. İnzibati icraatlar üzrə bu dövrdə idarəyə daxil olmuş məlumatlardan 372 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarlar qəbul edilmişdir”, - Baş prokurorun müavini qeyd edib.

Göstərilən dövrdə idarə tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə ümumilikdə 108 təqdimat verilib:

“Bu dövr ərzində “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanun pozuntularından çəkindirmək məqsədi ilə 65 vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edilmişdir”.


Qanun pozuntularından çəkindirmək məqsədilə 65 nəfərə və ya vəzifəli şəxsə xəbərdarlıq olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycandakı dini konfessiya rəhbərləri II Şəhidlər xiyabanını ziyarət edib
    Bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib.
     26.09.2022
    Audiovizual Şurası “Xəzər TV”yə xəbərdarlıq edib
    Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.
     26.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ