Təcili

Məlumat

MMDİB-İN QƏDİR-XUM TƏDBİRİ

Kateqoriya: FOTO REPORTAJ

Yayınlanma tarixi: 28.09.2016 11:02:51

MMDİB-nin Qədir Xum tədbiri

MMDİB-nin Qədir Xum tədbiri

İslam aləminin ən əzəmətli bayramlarından olan Qədir-Xum bayramı münasibətilə tədbir təşkil edilib

İslamazeri.az-ın verdiyi məlumata görə, tədbirin açılışını ilahiyyatçı, Quran qarisi Hacı Rahib Quran tilavəti ilə edib. Bundan sonra tədbirdə "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin ilahiyyatçısı Hacı Taleh Abbasov təşkilat adından tədbir iştirakçılarını təbrik edərək bu günün əhəmiyyətindən danışıb. İlahiyyatçı Seyid Şəhadət Heydərov da bu mövzunun əhəmiyyətindən söz açaraq bildirib ki, Qədir-Xum bayramı çox təntənəli şəkildə qeyd edilməlidir. Bu gün bütün bayramlardan daha üstün bir bayramdır. Bu günün üstünlüyünü övladlarımıza öyrətməliyik.

Bundan başqa ilahiyyatçı, şair Hacı Gülbala Fəani da Qədir-Xum hadisəsinin tarixindən danışıb, müsəlmanları təbrik edib. İmam Əlinin (ə) şəninə şeirlər səsləndirib.

Daha sonra "Muminun-Cəfəri" ilahi nəğmələr qrupu mədhiyyələr və mahnılar oxuyub. Tədbirdə, həmçinin şair Aslan Aşiq də Əhli-Beytə (ə) həsr etdiyi şeiri oxuyub.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NOVRUZDA TƏCRİŞ BAZARI - TEHRAN
    Koronavirusa baxmayaraq Tehranın Təcriş bazarında insanlar Novruz alış-verişinə gəliblər
     20.03.2020 19:42:56
    İRANDA ETİRAZ VƏ İĞTİŞAŞLAR
    İslamazeri.com xəbər verir ki, İranda benzinin qiymətinin bahalaşmasına cümə günündən sonra etirazlar başlayıb
     18.11.2019 10:35:28

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ