Mələk Səfərova həşəratlar üçün nəzərdə tutulan kimyəvi dərmanı içib

Tovuzda qadın kimyəvi dərman içərək intihara cəhd edib. Hadisə Əyyublu kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Mələk Əli qızı Səfərova yaşadığı evdə həşəratlar üçün nəzərdə tutulan kimyəvi dərman içərək özünü zəhərləyib.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.
Onun hansı səbəbə görə, özünü zəhərləməsi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report
Qadın kimyəvi dərman içərək intihara cəhd edib