EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.11.2017 16:12:28

Putin üç ölkə arasında Suriya böhranı ilə bağlı əməkdaşlığın davam edəcəyini qeyd edərkən, Ərdoğan da Astana danışıqlarını müsbət qiymətləndirib və "Türkiyə və Rusiya Suriya böhranında birgə hərəkət edəcək" - deyib.

İslamazeri.com rus mediasına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Soçi şəhərində keçirdiyi görüşdə, İran, Türkiyə və Rusiyanın Suriyada keçirdiyi əməkdaşlığın müsbət nəticə verdiyini və Suriyada görüş mühitinin hazırlanmasına səbəb olduğunu deyib.

Putin üç ölkə arasında Suriya böhranı ilə bağlı əməkdaşlığın davam edəcəyini qeyd edərkən, Ərdoğan da Astana danışıqlarını müsbət qiymətləndirib və "Türkiyə və Rusiya Suriya böhranında birgə hərəkət edəcək" - deyib.

Türkiyə Prezidenti həmçinin iki ölkə arasında münasibətlərin keçmişə nisbətən daha da artmasını istəyib.

Putin çıxışının bir hissəsində "Bu gün ikitərəfli əlaqələrimizi müzakirə etmək və bundan sonrakı fəaliyyətimizi qiymətləndirmək baxımından səmərəli bir fürsət idi bu görüş. Başda Suriya böhranının həlli olmaqla regional məsələləri müzakirə etdik. İkitərəfli münasibətlərimizə gəldikdə, böhran öncəsi səviyyəsinə yenidən çatılmışdır. Bunun ən yaxşı göstəricisi ticarətdir. İnanırıq ki, bu ilin sonuna qədər ötən ildə meydana gələn kəsiri kompensasiya edəcəyik" deyib.

İran, Rusiya və Türkiyənin təşəbbüsü ilə bu vaxta qədər Astanada Suriya böhranının həlli məsələsində 7 tur müzakirə olmuş və bunun nəticəsində də hökumətlə müxalif qruplar arasında atəşkəsin təmin olunması, deeskalasiya zonalarının yaradılması kimi məsələlərdə mühüm irəliləyişlər əldə olunmuşdur.


Putin: İran, Rusiya və Türkiyənin Suriyada əməkdaşlığı müsbət nəticə verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
     18.11.2017
    Amerika Türkiyəni təhdid etdi
    ABŞ-dan Türkiyəyə S-400 təhdidi: NATO texnologiyalarına giriş məhdudlaşdırılar.
     18.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ