EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.09.2017 11:58:05

Rusiya Prezidenti və İranın XİN başçısı arasında görüş baş tutub.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərindəki iqamətgahında İranın xarici işlər naziri Muhəmməd Cavad Zərifi qəbul edib.

Kremlin mətbuat xidmətindən bildiriblər ki, müzakirələrin əsas mövzusu Yaxın Şərq, xüsusilə də Suriya və İraqdakı mövcud vəziyyət, həmçinin beynəlxalq terrorçuluqla mübarizə olub.

Maraqlıdır ki, Putin və Zərif arasında görüş qapalı qapılar arxasında, jurnalistlərin iştirakı olmadan keçirilib.

Məlum görüş haqda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov öncədən xəbər vermiş və qeyd etmişdi ki, tərəflər “Yaxın Şərqlə bağlı hər şeyi" müzakirə edəcəklər.

“Bizim iranlılarla sıx əlaqələrimiz var, bütün məsələlər, o cümlədən İraq, Fars körfəzi, terrorçuluqla mübarizə ilə bağlı daimi konsultasiyalarımız var.”, - deyə Boqdanov bildirmişdi.


Putin İran rəsmisini qəbul etdi: Gizli Yaxın Şərq müzakirəsi keçirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ