1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.05.2019 18:34:33

Şirin Cəfəri Baş Prokurorluğa dəvət edilib

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Gundemxeberaz” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla aidiyyəti dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən ONA-ya verilən məlumatda bildirilir ki, qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Şirin Cəfəri Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.


Prokurorluq baş redaktora xəbərdarlıq edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb
    Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.
     24.02.2020
    Ruhani Schallenberglə görüşdə ABŞ sanksiyalarını terrora bənzətdi
    İran İslam Respublikasının prezidenti Avstriyanın xarici işlər nazirilə görüşüb.
     24.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ