1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:6.09.2019 15:24:17

Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 13-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.


Prokuror yeznəsinə 7 bıçaq vurana cəza istəyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Misirdə müvəqqəti kəbinə qadağa qoyuldu
    Misirin əsas dini hüquqi orqanı - Fətvalar İdarəsi müvəqqəti kəbinlərə qadağa qoyub.
     20.01.2021
    Bu ölkədə təhsil müəssisələrində hicaba qadağa ləğv edilir
    2021-ci ilin sentyabrından Belçikanın Valloniya regionunun məktəb və universitetlərinə hicab və digər dini atributlarla gəlməyə icazə veriləcək.
     20.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ