EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.09.2019 16:01:37

Dövlət ittihamçısı H.Abdullayevin anası Zeynəb Abdullayevin 5 min manat cərimələnməsi istəyib.

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Hüseyn Abdullayevin keçmiş cəzasını toplamaqla 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror keçmiş DSX əməkdaşları- Zaur Quliyev, Pərviz Kazımov, Həbib İbrahimov və Xalid Əliyevə 4 il sınaq müddəti seçilməklə şərti cəza istəyib.

 Dövlət ittihamçısı H.Abdullayevin anası Zeynəb Abdullayevin 5 min manat cərimələnməsi istəyib.

Prokurorun çıxışı zaman Hüseyn Abdullayev ittihamın yalan, qondarma olduğunu bildirib. Hakim Hüseyn Abdullayevi prokurorun çıxışına etiraz elədiyinə görə zaldan çıxarıb. Bu zaman onun anasının halı pisləşib. Məhkəməyə təcili yardım çağırılıb.

Qısa müddətlik fasilədən sonra dövlət ittihamçısı çıxışını davam etdirirək cinayət işi üzrə Vergilər Nazirliyin qaldırdığı mülki iddianın təmin olumasını, Hüseyn Abdullayevin və Zeynəb Abdullayevanın əmlaklarına həbs qoyulmasını istəyib.

Təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxış üçün vaxt istəyib.

Proses sentyabrın 26-a qədər fasilə elan edib.

Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Prokuror Hüseyn Abdullayevə cəza istəyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa İttifaqı dinc aksiya iştirakçılarına qarşı zorakılığı araşdırmağa çağırır
    Avropa İttifaqı rəsmi Bakını oktyabrın 19-da dinc mitinqin iştirakçılarına qarşı hədsiz polis zorakılığını araşdırmağa çağırır.
     21.10.2019
    Azərbaycana gələn turistlərin sayı 10%-ə yaxın artıb
    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ