1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:05.08.2019 11:16:26

Apellyasiya Məhkəməsində prokuror "Gəncə işi" üzrə mühakimə olunan 7 nəfərdən ibarət digər qrupun cəza müddətinin azaldılmasını istəyib.

Apellyasiya Məhkəməsində prokuror "Gəncə işi" üzrə mühakimə olunan 7 nəfərdən ibarət digər qrupun cəza müddətinin azaldılmasını istəyib. Bu barədə Turan-a hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

Dövlət ittihamçısı cəza müddətinin 2-4 ilədək, Elvin Əliyevin isə cəza müddətinin 1 ilədək azaldılmasını təklif edib.

"Bu, o deməkdir ki, artıq növbəti iclasda o, azadlığa buraxıla bilər. Ümid eirəm ki, "Gəncə işi" üzrə mühakimə olanan digər şəxslər də tezliklə azadlığa çıxacaqlar", - O.Gülalıyev deyib.

Qeyd edək ki, yeddi nəfər, o cümlədən Yavər İsmayılzadə birinci instansiya məhkəmə tərəfindən 9 il azadlıqdan məhrum edilib. Zabil Məmmədov 8,5 il, İsa Məhərrəmzadə 8, Alim Yusifov 7,5, Qənbər Qarazadə 7,5, Elvin Əliyev və Aydın Rüstəmov 6 il həbs cəzası alıblar.

O.Gülalıyev qeyd edib ki, avqustun 1-də dövlət ittihamçısı "Gəncə işi" üzrə adı keçən digər qrupun (11 nəfər) da cəza müddətinin azaldılmasını təklif edib.

"Əslində bu, vətəndaş cəmiyyətinin, demokratik düşərgənin qələbəsidir. Biz bütün siyasi məhbuslara, "Gəncə məhbusları"na azadlıq tələb edirik", - o vurğulayıb. O.Gülalıyev xatırladıb ki, bir neçə ay ərzində fəallar həbs olunanlara qarşı işgəncə faktlarını, cinayət işlərinin saxtalaşdırıldığını açıqlayıblar, müttəhimlərin analarının etiraz aksiyalarını dəstəkləyiblər.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib. Həmin gün DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Zaralov bu qurumda keçirilən müşavirədə bildirib ki, E.Vəlyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfərin barəsində isə axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı istintaq işi başa çatıb və 60 nəfərin barəsində 8 cinayət işi məhkəmələrə göndərilib. Müttəhimlər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. 


Prokuror “Gəncə işi” üzrə mühakimə olunan qrupun cəzasının yumşaldılmasını istəyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.
     17.10.2019
     İran ilə Azərbaycan arasında elmi əməkdaşlığın genişləndirilməsi vacibdir - Səfir
    İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm və yeni texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.
     17.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ