EURO 1,9254 NEFT 60,17
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:01.10.2018 13:54:58

“Əmanətlərin sığortalanması haqqında qanunun uzadılmasına ehtiyac var”.

İslamazeri.com Yenicag.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxış edən millət vəkili Vahid Əhmədov deyib.

Ölkənin bank sektorunda yaranmış vəziyyətin ciddi şəkildə ağırlaşdığını deyən Vahid Əhmədov bu istiqamətdə vacib addımların atılmasına çağırıb: “2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3 illik müddəti gələn il başa çatır. Ölkənin bank sektorunda yaranmış vəziyyəti nəzərə alaraq, həmin müddətin uzadılması çox vacibdir. Əks halda, onsuz da ağır olan bank sektorundakı vəziyyət daha da ağırlaşacaq. Digər bir məsələ də bundan ibarətdir ki, Milli Məclis tətildə olduğu müddətdə konstitusiya məhkəməsi xarici valyutalarla olan kreditlər haqqında qərar qəbul edib. Tam məsuliyyətlə deyirəm ki, bu qərar həm xalqın, həm də bankların vəziyyətinə çox ağır təsir göstərəcək. Çünki əhalinin xarici valyutada olan kreditləri qaytarmaq imkanı yoxdur. Ümumiyyətlə, bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Cənab Prezidentin də xarici valyutada olan kreditlərə münasibət bildirməsi vacibdir”.


“Prezidentin dollar kreditlərinə aydınlıq gətirməsi vacibdir” - Deputat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 12.12.18-nin 4 önəmli xəbəri - VİDEO
     12.12.2018
    Tanınmış məşqçi millimizə gətirilə bilər - FOTO
    AFFA-nın Azərbaycan millisinin baş məşqçisi postunda görmək istədiyi məşqçinin adına aydınlıq gətirilib.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ