EURO 1,93 TRY 0,2943
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:21.05.2019 15:06:17

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində qəsəbə sakinləri ilə görüşüb

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində qəsəbə sakinləri ilə görüşüb.

"Report"un xəbərinə görə, dövlət başçısı sakinlərlə söhbət edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.

Dövlət başçısı daha sonra ərazidəki marketə daxil olub, burada satıcı və alıcılarla söhbətləşib.

"İçəridə müştəriyə məhsul satırdıq. Qəfildən bir də gördük ki, cənab Prezident içəri daxil oldu. Həyəcan bizi bürüdü. İnana bilmirdim ki, bizimlə üzbəüz dayanan Prezidentimizdir".

Bunu "bu gün Prezident İlham Əliyevin Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində həmsöhbət olduğu marketin satıcısı Hörüza İbrahimovadeyib.

O bildirib ki, dövlət başçısının onunla səmimi söhbətində marketdə satılan məhsulların keyfiyyətindən danışıb: "Cənab Prezident içəri daxil olan kimi bizimlə salamlaşıb hal-əhvalımızı, işlərimizin necə getdiyini soruşdu. Biz də hər şeyin qaydasında olduğunu dedik. Bizimlə çox səmimi söhbət etdi. Bizdən məhsulların keyfiyyətini və satışda nə qədər yerli məhsulların olduğunu soruşdu. Biz də burada satılan məhsulların 90 faizinin yerli olduğunu dedik. Həyatda ən böyük arzum Prezidentimizlə söhbət etməyim idi, bu arzuma da çatdım. Təsəvvür edin ki, Prezident içəri daxil olanda mən müştərini yola salırdım. Həmin vaxt içəridə bir neçə müştəri var idi".

Digər satıcı Yuliya Quliyeva Prezidentlə söhbəti zamanı əldə etdiyi təəssüratları bölüşüb. Satıcının sözlərinə görə, ölkə başçısının qəfildən marketə daxil olması onun üçün gözlənilməz olub: "Biz hər zaman Prezident İlham Əliyevi televiziya vasitəsilə görürdük. Bu gün isə onunla canlı şəkildə həmsöhbət olduq. Bizdən satılan məhsullar haqqında bəzi məlumatları soruşdu. Biz də dedik. İnanın ki, cənab Prezidentin bizim mağazaya gələcəyini əvvəlcədən bilsəydik, hazırlıq görərdik. Hər şey yuxu kimi gəlir mənə".


Prezident marketə daxil oldu və... - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İraqın tanınmış lideri Ayətullah Xamenei haqqında açıqlama verib
    İraq Milli Alyansının rəhbəri Seyid Əmmar Həkim İslam İnqilabı Rəhbəri Ayətullah Xameneilə bağlı açıqlama verib
     27.06.2019
    Kütləvi zəhərlənmə faktı üzrə cinayət işi açılıb
    İyunun 25-də 1 saylı Bakı Şəhər Kliniki Mərkəzinə qida zəhərlənməsi diaqnozu ilə 20 nəfər daxil olub
     27.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ