1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:01.12.2018 21:55:20

“Mənim Putin üçün 2 pis xəbərim var."

İslamazeri.com-un “SkyNews”-ə istinadən verdiyi xəbərə əsasən, Ukrayna prezidenti Pyotr Poroşenko Kerç boğazındakı insidentin Ukraynadakı seçkilərə mümkün təsirlərini şərh edərkən bəyan edib ki, onun rusiyalı həmkarı Vladimir Putinə “2 pis xəbəri var”.

“Mənim Putin üçün 2 pis xəbərim var. Birincisi: Rusiya prezidenti heç vaxt Ukrayna prezidentinin kim olacağını müəyyən etməyəcək. Bu qərarı Ukrayna xalqı verəcək.”, - deyə Poroşenko bildirib.

O, bu yolla “Kerç boğazındakı provokasiya qarşıdan gələn seçkilərə təsir üçün yaradılmış ola bilərdimi?” sualını cavablandırıb.

Onun sözlərinə görə, o, Ukrayna xalqına əmindir və güvənir.

“İkincisi: əgər biz hərbi vəziyyət haqda qanun vasitəsilə seçkiləri ləğv etsək, bu vəziyyətdə yalnız bir nəfər qalib gələcək. Bilirsiniz, o kimdir? Bu, Putindir.”, - deyə əlavə edib.

Xatırladaq ki, Putin Kerç boğazındakı hadisəni rəsmi Kiyevin “Ukraynadakı prezident seçkiləri qabağı” təşkil etdiyi təxribat adlandırıb.

Putin Ukraynanın bu cür hərəkətlərini Poroşenkonun aşağı reytinqi ilə izah edib.

Ukrayna prezidenti deyib ki, ölkə rəhbərliyi elan edilmiş hərbi vəziyyətlə bağlı olaraq seçkilərin tarixini dəyişməyəcək.


Poroşenko: Putinə 2 pis xəbərim var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif də Şri-Lankadakı terrorlardan yazdı
    İranın XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Şri-lankada baş verən terror aktlarıyla bağlı özünün sosial şəbəkə səhifəsində yazıb
     21.04.2019
    Ərdoğan: Bu hücum insanlığa qarşı törədilib
    Şri-lankada baş vermiş terror aktlarıyla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib
     21.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ