EURO 1,8808 TRY 0,2983
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:22.10.2019 11:45:41

İsrail hökümətinin hüquq müşaviri Netanyahunun istefasını tələb edə bilər.

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail hökümətinin hüquq müşaviri Netanyahunun istefasını tələb edə bilər.

Bu haqda İsrailin 13-cü televiziya kanalı məlumat yayıb.

TV müxbirləri bildirir ki, əgər İsrail baş naziri Benyamin Netanyahunun korrupsiya ittihamı haqqında qərarı qəbul olunarsa, hökümətin hüquq müşaviri Avixay Mandelblitt Netanyahunun hüquqi statusunun dəyişəcəyini və buna görə də, onun istefaya getmə tələbini irəli sürə bilər. 

Həmçinin məlumat verilir ki, Ədliyyə nazirliyi Netanyahunun əsas ittihamçısı Liat Ben Arinin xaricdən qaytarılmasını reallaşdıracaq. Liat Ben Ari Netanyahuya qarşı istintaqın getdiyi vaxt, Cənubi Afrika Respublikasında ailəsilə birlikdə olduğu üçün bu istintaq yekunlaşmayıb.
Netanyahunun vəkillər komandasının rəhbəri Amit Xadad daha əvvəl bildirib ki, Netanyahuya qarşı bütün şübhələr və ittihamlar araşdırılıb, ittihamlar həqiqətə söykənməyib. Buna görə də, baş nazirə qarşı cinayət işi bağlanmalıdır.
Bir həftə öncə isə, prokurorluq əməkdaşları 13 telekanala bildiriblər ki, hələ də Netanyahu rüşvət almadığını sübut etməyib. Onlar vəkillərlə maraqlı görüş keçdiyini, lakin yekun qərarın hökümətin hüquq müşaviri Avixay Mandelblitt verəcəyini xatırladıblar.


Porokurorluq: Netanyahu rüşvət almadığını sübut etməyib, Mandelblitt onu istefaya göndərə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazir: Orta pensiya məbləği 293 manat olacaq
    Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.
     22.11.2019
    İran hərbi hava təlimləri keçirir
    İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.
     22.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ