1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:29.09.2018 15:01:22

Polis Nardaranda əməliyyat keçirdiyini və gizlədilən silahların aşkar olunmasını bildirib

 Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan və gizlədilən odlu silah-sursatların aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Məlumata görə,  Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsinə Nardaran qəsəbə sakini Hatəm Cəlilovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub. DİN-in məlumatında deyilir: "Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin bağ sahəsinə baxış keçirilən zaman torpağa basdırılmış 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı tüfəng və 2 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silahın ona məxsus olduğunu etiraf edib.

Bölmə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini Fəxrəddin Əlxasov saxlanılıb. Onun həyətinə baxış zamanı isə torpağa basdırılmış “TOZ-8” modelli lüləsi və qundağı kəsilmiş yivli tüfəng aşkar olunaraq götürülüb.

Faktlarla bağlı 42-ci polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə, aşkar edilən silah-sursat isə ekspertizaya göndərilib."


Polis Nardranda əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sumqayıtda avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı
    Sumqayıtda marşrut avtobusunun minik avtomobili ilə toqquşması ilə bağlı cinayət işi başlanıb.
     22.02.2019
    İslam alimi Ayətullah Məhəmməd Momin dünyasını dəyişib
    Böyük İslam laimlərindən olan Ayətullah Məhəmməd Momin dünyasını dəyişib
     22.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ