1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.11.2019 13:45:15

E.Qasımlının sözlərinə görə, onlara bildiriblər ki, bu cür tədbirlərin keçirilməsinə “icazə verimir”.

Ötən gün polis 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həlak olmuş “Müsəlman Birliyi” Hərəkatı üzvlərinin xatirəsini anmaq üçün Maştağa qəsəbəsindəki fərdi evlərdən birində keçirilən tədbiri pozub.   

Quran oxunduqdan sonra ehsan verilməsi başlayarkən polis əməkdaşları evə daxil olublar və tədbiri dayandırmağı tələb ediblər. 

“Müsəlman Birliyi” Hərəkatının üzvləri qarşıdurmaya yol verməmək üçün yeri tərk ediblər, - Hərəkatın məlumatında bildirilib. 

“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımlı və ev sahibi bu gün saat 10:00-da Sabunçu Rayon Polis İdarəsinə çağırılıblar.

Saat 11:30-a yaxın izahat aldıqdan sonra onları buraxıblar

E.Qasımlının sözlərinə görə, onlara bildiriblər ki, bu cür tədbirlərin keçirilməsinə “icazə verimir”.

Ev sahibinə isə xəbərdarlıq ediblər ki, belə hal təkrarlanarsa, ona qarşı cinayət işi açılacaq.

Xatırladaq ki, 2015-cı il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və onun bir qrup tərəfdaşı həbs edilib.  İki polis əməkdaşı və Hərəkatın 4 üzvü həlak olub. (Turan)


Polis MBH-nin anım tədbirini pozub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ