Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.

Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
“Report”un xəbərinə görə, hadisə Xətai rayon ərazisində baş verib.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1979-cu il təvəllüdlü N.Məmmədovdan 5 kiloqramdan çox heroin və 2,650 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb