1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:25.01.2019 22:06:50

ABŞ-ın yardımı ilə Sincarda mövqe tutan PKK-nın Sincarla Təlafər arasında 20 türkmən kəndini mühasirəyə aldığı iddia edilib.

ABŞ-ın yardımı ilə Sincarda mövqe tutan PKK-nın Sincarla Təlafər arasında 20 türkmən kəndini mühasirəyə aldığı iddia edilib.

İslamazeri.com xəbər verir ki, İraq Türkmən Cəbhəsinin sədri Ərşəd Salehi "PKK Təlafəri də ələ keçirərək Suriya sərhədinə qədər uzanmaq və YPG ilə birləşmək istəyir",- deyib.

PKK terror təşkilatı İraqda Sincarla Təlafər arasında 20 türkmən kəndini mühasirəyə alıb. ABŞ-ın köməyi ilə Qəndildəki varlığının bir hissəsini Sincara daşıyan PKK indi də "gözünü bölgədəki 20 türkmən kəndinə dikib". Sincar dağına 5 kilometr məsafədə olan kəndlər ətrafında fəallığını artıran terror təşkilatının, kəndləri boşaltdırmaq üçün hücum hazırlığında olduğu ifadə edilib. Suriyanın şimalında olduğu kimi Şimali İraqda da ərəb kəndlərindən pul və təhdidlə militan yığmağa çalışan təşkilatın, türkmənlərə hücumda bu insanlardan istifadə edəcəyi bildirilir.

İraq Türkmən Cəbhəsinin sədri Ərşəd Salehi də terror təşkilatının Sincar yaxınlığındakı 20 türkmən kəndini ələ keçirmək istədiyini söyləyib. Kəndlərin ələ keçməsi vəziyyətində türkmən şəhəri Təlafərin təhlükəsizliyinin də təhlükəyə girəcəyini ifadə edən Salehi, "Bölgədəki sahəsini genişləndirmək istəyən PKK, Təlafəri də ələ keçirərək Suriya sərhədinə qədər uzanmaq və öz davamı olan terror təşkilatı YPG ilə birləşmək istəyir",- deyib.


PKK 20 türkmən kəndini mühasirəyə alıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ