EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:27.03.2018 10:01:40

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu bu gün başa çatır.

DİM-dən Trend-ə verilən məlumata görə, 27 mart saat 09:15-ə olan məlumata əsasən, 14623 abituriyent (Azərbaycan bölməsi -14194; rus bölməsi - 429) elektron ərizəsini təsdiq edib.

Kolleclərin ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən istər cari ilin, istərsə də əvvəlki illərin məzunları qeyd olunan tarixədək elektron ərizələrini (http://eservices.dim.gov.az/erizetex/erize/?frm=egov) doldurmalı və onun təsdiqini təmin etməlidirlər.

Qeyd edək ki, 9-cu sinfi Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri 27 mart saat 17:00-dək təsdiq edirlər.

9-cu sinfi Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya digər ölkələrdə yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarının birində 27 mart saat 17:00-dək təsdiq etdirməlidirlər. Həmin abituriyentlər SQK-ların ünvanları ilə qəbul haqqında elanın tam mətnində tanış ola bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanından (9‑cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.


Peşə məktəblərinə ərizə qəbulu başa çatır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ