1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:07.02.2020 09:58:18

Azərbaycanda bütün növ əmək pensiyalarının orta aylıq məbləği prezident sərəncamı ilə artırılır.

İslamazeri.com "Bbc Azərbaycanca"ya istinadən xəbər verir ki, Azərbaycanda bütün növ əmək pensiyalarının orta aylıq məbləği prezident sərəncamı ilə artırılır.

Artım barədə qərar bu gün verilsə də, yanvarın 1-dən hesablanacaq və fevral ayının pensiyaları ilə birgə ödəniləcək.

Yəni bundan sonra bütün növ əmək pensiyalarının orta pensiya məbləği 16,6 faiz artırılaraq 300 manat olacaq. Bundan əvvəl orta pensiya məbləği 262 manat idi.

Artımdan sonra bəzi pensiyaların məbləğlərinin nə qədər artacağını hesablamışıq.

Hazırkı məbləğ Artım məbləği Alacağınız məbləğ
200 AZN 33,2 AZN 233,2 AZN
250 41,5 291,5
270 44,8 314,8
280 46,4 326,4
300 58,1 408,1
400 66,4 466,4

Bundan öncə Milli Məclisdə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub.

Hazırkı artım 1 milyon 120 minə yaxın şəxsi, yəni təqaüdçülərin 93 faizini əhatə edir.

Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək.

Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır.


Pensiyalar nə qədər artır? - CƏDVƏL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ