EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.01.2019 19:49:14

Tale Bağırzadənin təzyiqlərə məruz qalması ilə bağlı yayılan açıqlamasına Penitensiar Xidmət ikinci dəfə cavab verib

Tale Bağırzadənin təzyiqlərə məruz qalması ilə bağlı yayılan açıqlamasına Penitensiar Xidmət ikinci dəfə cavab verib.

 Taleh Bağırova qarşı təzyiqlər barədə deyilənləri təkzib edən Penitensiar Xidmətin  ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib ki, Taleh Bağırova qarşı heç bir təzyiq, təqib yoxdur, xəsarət də yetirilməyib:

"Bu günlər ərzində ona heç töhmət də verilməyib. Başını aşağı salıb cəzasını çəksin, onunla heç kimin işi yoxdur”.

Qeyd edək ki, yanvarın 5-də də Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Azadlıq Radiosu”na açıqlamasında T.Bağırzadəyə qarşı təzyiqlər barədə deyilənləri təkzib etmişdi.

"Müsəlman Birliyi" hərəkatı sədrinın yaxınları AzadlıqRadiosu-na deyiblər ki, Taleh kim iradəli adama o qədər təzyiq olunub özünə xəsarət edib.

Qeyd olunur ki, ilahiyyatçı Taleh Bağırov yanvarın 7-də ailəsilə telefonla danışarkən deyib ki, son vaxtlar həbsxanada ona təzyiqlər artdığından özünə xəsarət yetirmək məcburiyyətində qalıb. İlahiyyatçının sözlərinə görə, saxlandığı Qobustan həbsxanasının rəisi Avtandil Ağayev şəxsən özü ona təzyiq göstərir: 

“Bilmirəm, bütün bunları kimlər sifariş verir - Əliyev hakimiyyəti, xarici kəşfiyyat, yoxsa başqa qüvvələr... Həbsxananın rəisi şəxsən mənim həyatımla oyun oynayır”.

Taleh Bağırovun sözlərinə görə, həbsxanada namaz qılarkən istifadə etdiyi əbanı belə rəhbərliyin göstərişilə oğurlayıblar.

Məhbusların Qobustan həbsxanasında alçaldıcı şəraitdə saxlandığını söyləyən Taleh Bağırov bildirib ki, 3-4 metrlik kamerada üstü açıq ayaqyolu ilə yemək yedikləri masa arasında məsafə heç bir metr deyil:

"Bütün bu çətinliklərə baxmayaraq, biz öz haqq davamız üçün nəinki 20 il, hətta ömür boyu həbsdə qalmağa hazırıq. Əqidəmizdən dönməyə, haqq davamızdan vaz keçməyə isə əsla hazır deyilik. Həftədə iki dəfə ailə üzvlərimlə telefon danışıqlarıma müdaxilə edilir, söz və fikir azadlığım məhdudlaşdırılır. Vəkillərimizə qarşı elə davranırlar ki, heç dustaqları elə yoxlamırlar. Vəkillərimizi saatlarla qapıda saxladıb, onlarla konfidensial danışıqlarımızı gizli şəkildə dinləyirlər. Bununla bağlı etirazlarımıza məhəl qoyulmur. Vəkillər də yaxşı anlayırlar ki, bu qanunsuzluqlardan şikayət edəcəkləri halda, aqibətləri vəkil Yalçın İmanovun (məhbus Abbas Hüseynovun həbsxanada işgəncəyə məruz qalması barədə dediklərini ictimaiyyətə açıqlayandan sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb - red.) aqibətindən fərqlənməyəcək. Görün bu gün Azərbaycanda hüquq nə vəziyyətə qalıb ki, məhbus həm özünün, həm də vəkilinin hüquqlarını qorumaq üçün özünə xəsarət yetirmək məcburiyyətində qalır. Hələ mən mənəvi işgəncə olaraq, gecə saatlarında yuxudan oyatmaları, təxribat xarakterli addımları bir-bir sadalamıram".

(Amerikanınsəsi)


Penitensiar Xidmət Tale Bağırzadə haqqında ikinci açıqlamanı yaydı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Emin Hüseynov: “Mehman aclığı davam etdirir”
    "Mehman ona təzyiq göstərilməsindən şikayət edib, o, aclığı dayandırmayıb və onun adından yayılan bütün bəyanatları təkzib edib."
     20.01.2019
    İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ