Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktını təsdiqləyib.

Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktını təsdiqləyib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib: “O, müəssisədə intensiv müalicə kursu keçib. Bütün müalicə tədbirlərinə baxmayaraq, Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində İİV infeksiyası (4-cü mərhələ), Viruslu Hepatit C, Anemiya, Baş-beyin ödəmi, Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib”.
Mehman Sadıqov qeyd edib ki, hazırda prokurorluq tərəfindən məhkumun meyiti ekspertizadan keçirilir: “Hazırda E.Qulieyin meyiti prokurorluq tərəfindən məhkəmə tibbi ekspertizadan keçirilir, daha sonra məhkumun meyiti yaxınlarına təhvil veriləcək”.
Penitensiar Xidmət Gəncə hadisələrinə görə həbs olunmuş Eşqin Quliyevin vəfatının səbəbini açıqlayıb