EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.07.2018 13:02:53

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində aparılan kampaniya siyasi şouya çevrilib"

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
H.Hacıyev bildirib ki, bununla populist Paşinyan hökuməti özünün reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır: "Paşinyan hökumətinin 100 günü yaxınlaşır. Bu 100 gün ərzində ölkənin üzləşdiyi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atılmaq əvəzinə bu qəbildən olan populist addımlarla öz reytinqini saxlamağa çalışır".

XİN rəsmisinin sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir.

"Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir" -H.Hacıyev vurğulayıb.


“Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi şoudur” - XİN

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu gün şəhid olan Səməd Alışov kimdir?
    Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.
     21.07.2018
    Neftin qiyməti bahalaşıb
    Dünya birjalarında neft bahalaşıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ