EURO 1,9801 NEFT 72,05
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:18.06.2018 12:12:08

Naxçıvandakı son hərbi əməliyyatlardan və Azərbaycan ordusunun keçirdiyi təlimlərdən sonra Ermənistan siyasi siyasi rəhbərliyi təlaş içərisindədir.

Naxçıvandakı son hərbi əməliyyatlardan və Azərbaycan ordusunun keçirdiyi təlimlərdən sonra Ermənistan siyasi siyasi rəhbərliyi təlaş içərisindədir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, xüsusilə raket qoşunları birləşmələrinin yaradılmasından sonra Ermənistan tərəfinin narahatlıqları artıb:

“Bu, həm də Müdafiə Nazirliyinin Azərbaycanda kosmik sahə ilə bağlı olan, yüksək texnologiyanı özündə əks etdirən yeni bir döyüş hissəsidir. Azərbaycan öz ordusunu təkmilləşdirir, eyni zamanda, torpaqlarını azad etmək üçün yorulmadan çalışır. Son Naxçıvan əməliyyatlarından sonra Ermənistanda əhali arasında böyük təşviş yaranıb. Azərbaycan ordusunun Naxçıvanda 11 min hektar ərazini azad etməsi Paşinyanın siyasətinin səriştəsizliyi kimi qiymətləndirilir. Artıq erməni əhali arasında da Paşinyanla bağlı tənqidi fikirlər formalaşmaqdadır. Açıq-aşkar bunu Paşinyanın proseslərə nəzarət edə bilməməsi və təcrübəsizliyi ilə ölçürlər”.

Politoloq qeyd edib ki, Paşinyanın artıq Ermənistan prezidenti Armen Sərkisyanla qaynayıb-qarışdığı görülür:

“Onların tandemi alınmağa başlayıb və Qarabağ klanına qarşı artıq birləşmiş kimi görünürlər. Hazırda Paşinyanın və Ermənistan prezidentinin əsas qayğısı Dağlıq Qarabağla bağlıdır. Hətta belə fikirlər gəzir ki, Qarabağ klanı Paşinyana zərbə vurmaq üçün döyüş meydanlarında yeni güzəştlərə gedə və yeni əraziləri Azərbaycan tərəfinə təslim edə bilər. Üstəlik Azərbaycan ordusunun hərbi təlimləri sözün həqiqi mənasında erməniləri vahiməyə salıb. Bu səbəbdən də əvvəl Ermənistan prezidenti, dünən isə baş nazir Nikol Paşinyan döyüş bölgələrinə, xüsusilə təmas xəttinə səfər edib. Onların bu səfər çərçivəsində ordunun döyüş əhval-ruhiyyəsini, xüsusilə Dağlıq Qarabağdan olan çağırışçılar arasında təxribat ehtimalını yoxlayır və ordu hissələrinə xüsusi tapşırıqlar verirlər”.

Politoloq vurğulayıb ki, Ermənistanda diqqətlərin Olimpiya oyunlarına çevrildiyi bir vaxtda Azərbaycan ordusunun lokal miqyaslı müəyyən hərbi əməliyyatlar keçirə biləcəyi fikri yaranıb:

“Onların Dağlıq Qarabağda olan həm döyüş komandirlərindən, həm də əsgərlərin müəyyən hissələrindən ciddi narahatlıqları var. Bu səbəbdən də Paşinyan Dağlıq Qarabağ bölgsindəki döyüş bölgələrini gəzir və qondarma rejimin rəhbərliyi ilə görüşlər keçirir. Hər iki səfər yoxlama məqsədi daşıyır. Bununla Paşinyan döyüş meydanlarında yeni bir zərbə almaqdan qorxaraq, erməni tərəfinin mövqelərini gücləndirməyə çalışır”.

Politoloqun sözlərinə görə, Azərbaycan ordusunun yeni hücumu, yeni bölgələrin ələ keçirməsi Paşinyan rejiminin süqutuna gətirib çıxara bilər:

“Paşinyan bunu bildiyi üçün Ermənistan siyasi rəhbərliyində mütəşəkkilliyin və qarşılıqlı etimad mühitinin hökm sürdüyünü nümayiş etdirməyə çalışır. Bu gün istər Ermənistanda siyasi elitanın içərisində, istərsə də döyüş meydanlarında Paşinyan üçün əlverişsiz şərait yaranıb. Bu Paşinyan üçün hər an ekstrimal vəziyyət doğura bilər. Bu səbəbdən də Paşinyan gərginlik içərisindədir. Prezidentin və baş nazirin bir-birinin ardınca bölgəyə səfərləri açıq-aşkar Dağlıq Qarabağ bölgəsində vəziyyətin ürəkaçan olmadığını göstərir. Onlar yaranmış qüvvələr nisbətindən ciddi surətdə ehtiyatlanmağa başlayıblar”.

Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

İslamazeri.com


Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək
    Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək.
     19.07.2018
    Tramp Ərdoğana səsləndi: Bu tam bir biyabırçılıqdır...
    Tramp xristian keşiş üçün Ərdoğana səsləndi.
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ