EURO 1,9267 NEFT 67,86
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:18.06.2018 17:20:20

Son günlər Ermənistanda gedən proseslər qonşu ölkənin daxilində, eləcə də Qarabağda gərginliyin artdığını göstərir.

Son günlər Ermənistanda gedən proseslər qonşu ölkənin daxilində, eləcə də Qarabağda gərginliyin artdığını göstərir.

Ermənistanın yeni başçısı siyasi məhbus probleminin həlli üzrə addımlar atır, əvvəlki rejimin - Serj Sarkisyanın düşməni hesab olunan mənfur şəxsləri bir-birinin ardınca azad edir.

Belə ki, Jirayr Sefilyan və Samvel Babayan azadlığa çıxıb. Hər ikisi Yerevan hakimiyyətinə qarşı silahlı çıxışlar hazırlayan Qarabağ müharibəsinin fəal iştirakçıları olub.

Onların azad edilməsi cəmiyyətin bu yolla ədaləti bərpa edən yeni hakimiyyətə rəğbətini artırır.

Cəmiyyətin daha bir müharibə iştirakçısı, mafioz tipli, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalçısı kimi tanınan deputat Manvel Qriqoryanın dünənki həbsinə reaksiyası da buna bənzər olub.

Göründüyü kimi, bu cür mənfur şəxsiyyətlərin Ermənistanın siyasi səhnəsindən uzaqlaşdırılması bundan sonra da davam edəcək.

Amma parlamentin razılığı olmadan deputatların, özü də parlamentdə ən böyük fraksiyaya malik olan keçmiş hakim Respublika Partiyasının üzvlərinin həbsi asan olmayacaq.

Ötən həftə Paşinyan bir daha 1 mart 2008-ci il hadisələrinin araşdırılması və o vaxtki prezident Robert Koçaryanın dindirilməsi haqqında məsələni qaldırıb.

Bundan sonra keçmiş müdafiə naziri Seyran Ohanyan dindirməyə çağırılıb, Müdafiə Nazirliyinin təsərrüfat məsələlərinə baxan iki yüksək vəzifəli işçisi həbs edilib.

Paşinyan hakimiyyətə gəldikdən sonra bütün güc qurumlarının başçılarını dəyişdirib və demək olar ki, əslən Qarabağlı olan hər kəsi kənarlaşdırıb.

Bu proseslər Qarabağda da narazılığa gətirib çıxarıb, burada yerli güc qurumlarının başçıları əhalinin etiraz təzyiqi altında istefa verib, separatçıların lideri Bako Saakyan isə 2020-ci ildən sonra hakimiyyətdə qalmamağa söz verib. Amma etirazlar dayanmayıb.

Bu hadisələr fonunda Paşinyan Azərbaycana qarşı, demək olar ki, aqressiv siyasət nümayiş etdirir, Yerevanın mövqeyini sərtləşdirir və Qarabağın nizamlanma üzrə danışıqlarda tamhüquqlu iştirakçı kimi iştirak etməsini tələb edir.

Ermənistanın keçmiş rəhbərlərinə və elitasına qarşı repressiyalar mütləq onların birləşməsinə və qisas almaq cəhdinə gətirib çıxaracaq. Bir qayda olaraq, yetişən problemlərin ilk əlaməti ayrı-ayrı yerlərdə və cəbhədə sabotaj və təxribatlar olur. Növbəti mərhələ parlamentdə və orduda hökumətin qərarlarının bloklanmasıdır.

Paşinyan bu proseslərə qarşı müqavimət göstərmək üçün təkcə əvvəlki rejimin tərəfdarlarının lazım olduğundan da çox olduğu polis, ordu və təhlükəsizlik xidməti üzərində nəzarətə ehtiyacı yoxdur.

Jirayr Sefilyan və Samvel Babayan kimi fiqurların öz tərəfinə cəlb edilməsi vəziyyətin gərginləşməsinə və silahlı qarşıdurmalara, habelə şəxsi hesablaşmalara gətirib çıxaracaq.

Bu fonda Qarabağ nizamlanması üzrə səmərəli danışıqlar aparmaq real görünmür. Həm də Sefilyan və Babayan kimilərin üzərinə oynamaq nizamlanma üzrə danışıqlarda güzəşt ehtimalını istisna edir.

Ermənistanın yeni hakimiyyətinin Azərbaycan hakimiyyəti ilə normal əlaqəsinin olmaması və ən mühüm addımın atılmaması - XİN başçıları arasında şəxsi əlaqələrin qurulmaması ümumi mənzərəni daha da mürəkkəbləşdirir. Hələ iki ölkənin birinci şəxslərini demirik.

Belə bir şəraitdə yaxın gələcəkdə Paşinyan hökumətini çətin dövrlərin gözlədiyini təxmin etmək olar. ("Turan.az")


Paşinyan odla oynayır?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazir müavini: “Azərbaycanda insanlar pensiyaya çıxdıqlarını SMS vasitəsilə öyrənəcəklər”
    "Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil."
     16.11.2018
    Xorvatiya İspaniyanı məğlub etdi: Bütün nəticələr - VİDEOlar
    UEFA Millətlər Liqasında V turun oyunları keçirilib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ