1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:04.10.2018 09:08:24

"Ermənistanın Baş naziri ilə Azərbaycan prezidenti arasında operativ əlaqə mexanizmi hələ ki qurulmayıb".

"Ermənistanın Baş naziri ilə Azərbaycan prezidenti arasında operativ əlaqə mexanizmi hələ ki qurulmayıb".

AzVision.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbətindən danışan Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycan prezidenti ilə operativ əlaqənin yaradılması istiqamətində iş gedir. Məmnunluqla deyə bilərəm ki, son günlər təmas xəttində vəziyyət müqayisəolunmaz dərəcədə daha sakitdir”, - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, sentyabrın 28-də Düşənbədə MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü qısa söhbət baş tutub.

Söhbət zamanı İlham Əliyevlə Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.


Paşinyan Azərbaycan prezidenti ilə görüşündən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ