EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.03.2019 01:45:36

Kəşmir böhranı sakitləşdikdən sonra, Hindistan ilə Pakistan arasında qarşılıqlı təşkil edilən hava əməliyyatları səbəbiylə bağlanılan Pakistan hava sahəsi tamamilə açılıb.

Kəşmir böhranı sakitləşdikdən sonra, Hindistan ilə Pakistan arasında qarşılıqlı təşkil edilən hava əməliyyatları səbəbiylə bağlanılan Pakistan hava sahəsi tamamilə açılıb.

İslamazeri.com xəbər verir ki, Pakistan Mülki Aviasiya İdarəsindən (CAA) edilən açıqlamaya görə, 27 fevralda bağlanılan və 3 gün sonra hissə-hissə açılan hava sahəsinə Faysalabad, Multan və Rahim Yar Xan hava limanları da daxil edilib. Asiya-Avropa uçuş rotalarının dəyişməsinə ya da ləğv edilməsinə səbəb olan hava sahəsi bağlama qərarı səbəbiylə təyyarələr İran və Çin rotasından istifadə edirdi. Cənub Asiya ilə Avropa arası uçuşlar üçün isə Oman rotasından istifadə edilirdi.

Qərar təyyarə səfərlərinin uzanması ilə yanaşı yanacaq xərclərinin də artmasına səbəb olmuşdu. İki ölkə arasındakı gərginlik 26 fevralda Hindistanın Pakistan hava sahəsini pozmasıyla zirvəyə çıxmış, Pakistan isə qarşılıq olaraq 27 fevralda Hindistandakı hədəfləri vurmuşdu. Həmin gün, Pakistan hava sahəsini pozan 2 hind təyyarəsini vuran Pakistan ilə Hindistan hava sahələrinin bir hissəsini ya da hamısını hava səfərlərinə bağlamış, amma region ölkələrinin, xüsusilə Türkiyə, Rusiya və İranın dövrəyə girməsiylə böyük bir müharibənin qarşısı alınıb.


Pakistan hava sahəsini uçuşlara açıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Rusiyadan İrana
    ABŞ-lı rəsmi Rusiyaya İranla bağlı çağırış edib.
     23.05.2019
    Suriya ordusu vəhabilərin “belini qırmağa” hazırlaşır
    “Suriya ordusu çağırış mesajlı çox sayda kağız səpib”
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ