Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:1.07.2022 11:18:57

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib.

DSX-nin Mətbuat Mərkəzindən "İslamazeri.com"a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 38 nəfər saxlanılıb. Onlardan 18 nəfəri Azərbaycan Respublikası, 5 İran İslam Respublikası, 2 Hindistan, 1 Özbəkistan, 6 Mərakeş, 2 Pakistan, 1 Qazaxıstan və 3 nəfəriƏfqanıstanvətəndaşları olublar.

Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində saxtalaşdırılmış pasportla, Şengen vizaları və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərmiş 18 nəfər saxlanılıb.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 646 nəfər saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 216 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmiş, ölkədən çıxışı qadağan olan 478 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 19 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 79 kq 394 qram narkotik vasitə, 9162 ədəd psixotrop həb aşkarlanaraq götürülmüş, yabanı halda bitmiş 15 ton 498 kq (14508 ədəd) çətənə kolu müvafiq qurumların nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 2 milyon 591 min 274 manat olan qaçaqmal, o cümlədən tütün məmulatları, qızıl zinyət əşyaları, kosmetik vasitələr və spirtli içki saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


Ötən ay dövlət sərhədini pozan 38 nəfər saxlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     15.08.2022
    “AzərEnerji” dənizdə böyük estakada tikir - VİDEO
    Bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ