EURO 1,9369 NEFT 61,71
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.02.2018 16:07:16

Bu ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr Rusiya (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276) və İran (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8265 nəfər) olub. Bu 5 ölkədən gələnlərin sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.

 

Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5379 nəfər), Gürcüstan (4480 nəfər), Rusiya (3774 nəfər) və BƏƏ (2869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım 16 502 nəfər olub ki, bu da ümumi artımın 61%-ni təşkil edib.

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım 5720 nəfər olub ki, bu da ümumi artımın 21%-ni təşkil edib.

Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9%) kişi, 55 795 nəfəri (30.1%) isə qadınlar olub.


Ötən ay Azərbaycana gələn xarici vətəndaşların sayı 17% artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa
    Malayziyada İsrail rejimi ilə bağlı qərar qəbul edilib.
     18.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ