1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:29.09.2018 10:28:23

Bundan öncə Orxan Camalın ölümündə əsas günahkarın “Vaqner” özəl hərbi şirkətinin olduğu bildirilmişdi.

Rus jurnalistlərinin Mərkəzi Afrika Respublikasında öldürülməsini “Patriot” özəl hərbi şirkəti təşkil edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Dojd” televiziyası Rusiya Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

“Jurnalistlərin ölümünə əsas səbəb jurnalist Orxan Camalın rus silahlarının Afrikaya tədarükü ilə bağlı araşdırma aparması olub. Əvvəlcə şirkətə jurnalistlərin məhvi haqda tapşırıq gəlsə də, sonradan bunun oğruların hücumu kimi səhnələşdirilməsi tapşırılıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, “Patriot”un muzdluları bundan öncə Suriyada vuruşublar. Şirkətin döyüşçüləri arasında hazırda hərbi xidmət keçən Rusiya hərbçiləri də yer alıblar. “Dojd” televiziyası artıq “Patriot”un öz nüfuzuna görə “Vaqner”i üstələdiyini bildirib.

Bundan öncə Orxan Camalın ölümündə əsas günahkarın “Vaqner” özəl hərbi şirkətinin olduğu bildirilmişdi.

İslamazeri.com


Azərbaycanlı jurnalistin ölümü ilə bağlı şok iddia: qətlin sifarişçisi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Ev pulu” necə hesablanır? - VƏTƏNDAŞLAR BUNU BİLMƏLİDİR
    Paytaxtda “kupçasız ev” probleminin yenidən gündəmə gəlməsi bir sıra məsələlərin aktuallıq qazanmasına səbəb olub.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ