1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.11.2019 15:27:36

Noyabrın 20-də keçirdiyi təkrar neyrocərrahi əməliyyatdan sonra Oqtay Gülalıyevin vəziyyəti dəyişməyib, o, hələ də komadadır.

Noyabrın 20-də keçirdiyi təkrar neyrocərrahi əməliyyatdan sonra Oqtay Gülalıyevin vəziyyəti dəyişməyib, o, hələ də komadadır. Hazırda həkimlər ağ ciyərə düşmüş virusa qarşı ona antibiotiklər vururlar. Bu barədə Turan-a hüquq müdafiəçisinin həyat yoldaşı, onunla birlikdə İstanbulda “Amerika Xəstəxanası”nda olan Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, həkimlər hələ də xəstənin vəziyyəti haqqında heç bir proqnoz vermir.

* Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları maşının açıq-aşkar hüquq müdafiəçisinin üstünə sürülməsini qərəzli hesab ediblər.

O, Bakıda özəl klinikada xeyli gecikmə ilə əməliyyat olunub, bu da onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gün sonra Heydər Əliyev Fondu Gülalıyevin müalicəsini öz üzərinə götürərək, onu İstanbulun “Avrasiya” klinikasına göndərib. Amma bu klinikada müalicə səmərəsiz olub və həyat yoldaşının xahişi ilə noyabrın 19-da Gülalıyev “Amerika Xəstəxanası”na köçürülüb, burada təkrar neyrocərrahi əməliyyat olunub. 


Oqtay Gülalıyevin əməliyyatdan sonra müalicəsi davam edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.
     30.09.2020
    İran Parlamentinin deputatı Ermənistanın silahlandırılmasını pisləyib
    Ermənistanı hərbi cəhətdən gücləndirmək üçün atılan istənilən addım pislənilir.
     30.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ