1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:06.11.2019 11:10:24

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi müayinə edən türkiyəli həkimlər onu müalivə üçün təcili olaraq Türkiyəyə aparmağı tövsiyə ediblər.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi müayinə edən türkiyəli həkimlər onu müalivə üçün təcili olaraq Türkiyəyə aparmağı tövsiyə ediblər. Bu barədə Turan-a fəalın xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, türkiyəli həkimlər onun vəziyyətinin “çox ağır” olduğunu bildiriblər.

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər, ancaq oradakı müalicənin onu komadan çıxaracağına və sağaldacağına zəmanət verməyiblər. Mən razılıq verdim”, - F.Gülalıyev deyib.

 Onun sözlərinə görə, hazırda O.Gülalıyevin Türkiyəyə göndərilməsinə hazırlıq gedir və bu, yaxın vaxtlarda baş tutacaq. Onun İstanbul Acibadem klinikasına yerləşdirilməsi nəzərdə tutulur.

"Report" bir az əvvəl Oqtay Gülalıyevin müalicə üçün Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə göndərildiyini yayıb.


Oqtay Gülalıyev Türkiyə xəstəxanasına aparıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb
    Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.
     24.02.2020
    Ruhani Schallenberglə görüşdə ABŞ sanksiyalarını terrora bənzətdi
    İran İslam Respublikasının prezidenti Avstriyanın xarici işlər nazirilə görüşüb.
     24.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ