EURO 1,8782 TRY 0,2955
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:18.10.2019 11:00:55

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp yenə aşağılayıcı açıqlamaları ilə yadda qalıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp cümə axşamı günü "öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız" deyib.

İslamazeri.com BBC-yə istinadən xəbər verir ki, Tramp bunu Texas-da keçirilən mitinqdə Türkiyənin Suriyanın şimalında başlatdığı "Barış Pınarı" əməliyyatı ilə bağlı açıqlamasında bildirib. 

"Kürdlərin bölgəni nəzarətdə saxlayacaq əsgər qüvvəsi" yoxdur

ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi James Jeffrey Suriya kürdlərindən ibarət Xalq Müdafiə Birliyi (YPG) hazırda yerləşdikləri ərazini əllərində saxlamaları üçün əsgəri qüvvəyə sahib olmadıqlarına görə, atəşkəsin daha yaxşı seçim olduğunu deyib.

ABŞ-ın vitse-prezidenti Mike Pence-lə birlikdə Ankaraya gələn heyətdə yer alan Jeffrey özü ilə səyahət edən jurnalistlərə verdiyi açıqlamada "YPG-nin hazırda nəzarət etdiyi bölgədə qalmaq istəyinə şübhə yoxdur. Lakin bu bölgələri əlində saxlayacaq əsgəri qüvvəsinin olmamasına görə və bu xaotik durumu bir qədər nizamlamaq üçün atəşkəsin elan edilməsinin çox daha yaxşı qərar olacağını razılaşdırdıq" deyib.

Jeffrey deyib ki, ABŞ-la Türkiyə Suriya sərhəddində "təhlükəsiz bölgə" yaradılmasına razılaşıb və bu bölgə Türkiyənin hazırda hərbi əməliyyat keçirdiyi ərazidən cənuba tərəf 30 kilometrlik bir bölgəni əhatə edir.

ABŞ-ın vitse-prezidenti Mike Pence Türkiyədə prezident Rəcəb Tayyip Ərdoğanla görüşüb və sonra elan edib ki, Türkiyə Suriyanın şimalında hərbi müdaxiləyə fasilə verməyə razılaşıb, YPG isə beş gün ərzində sərhəddən 32 km cənuba çəkiləcək.

Mike Pence deyib ki, YPG çəkiləndən sonra Türkiyə "Barış Pınar hərəkatını" dayandıracaq.

Pence əlavə edib ki, iki ölkə "təhlükəsiz bölgə araşdırması çərçivəsində birgə işləyəcəklər".

Türkiyə oktyabrın 9-da Suriyanın şimalına doğru irəliləyib. Türkiyənin məqsədi sərhədində "təhlükəsiz bölgə" yaratmaqdır.

Erdoğan hakimiyyəti Suriya-Türkiyə sərhəddində məskunlaşmış, özünü İslam Dövləti adlandıran silahlı qruplaşma ilə mübarizədə ABŞ-ın müttəfiqi olmuş YPG-ni PKK-nın bir qolu sayır.

PKK Türkiyədə terror təşkilatı kimi tanınır.


Öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar... - Tramp yenə aşağılayıcı tonda danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun genişmiqyaslı təlimi keçiriləcək
    Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayacaq.
     11.11.2019
    Gürcüstanda 100 obyekt özəlləşdirilməyə çıxarılacaq
    Gürcüstanda bu ay ərzində 100 obyekt özəlləşdirilməyə çıxarılacaq.
     11.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ