EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:12.04.2019 09:12:32

2019-cu ildə Azərbaycanda nar istehsalı 7-10 faiz artacaq.

2019-cu ildə Azərbaycanda nar istehsalı 7-10 faiz artacaq.

Bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov deyib.

F.Qaraşovun sözlərinə görə, ölkədə nar məhsullarının istehsalı ilə məşğul olan 15 müəssisə 2018-ci ildə 60-70 min ton nar emal edib.

 İxrac barədə danışan assosiasiya rəhbəri bildirib ki, bu il xarici bazarlara çıxacaq məhsulun 12-15 min tonadək artacağı gözlənilir.

Gələcək planlar barədə danışan F.Qaraşov bildirib ki, Prezident İlham Əliyevin fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı infrastrukturu və sosial sektorun inkişafı sahəsində bir sıra dövlət proqramları hazırlanıb. O ümidvar olduğunu bildirib ki, bununla bağlı dövlət subsidiyaları artacaq. F.Qaraşov nar bağlarının ümumi sahəsinin 28 min hektaradək genişlənəcəyinin gözlənildiyini deyib.

Assosiasiya rəhbəri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yerli nar məhsullarının “Made in Azerbaijan” brendi altında bütün dünyada təşviqində dəstəyini vurğulayıb. Assosiasiya müntəzəm olaraq Azərbaycan narını yerli və xarici bazarlarda nümayiş etdirir.


Ölkədə nar istehsalı və ixracı artırılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə avtobus qatara çırpıldı
    Hadisə yerinə təcil tibbi yardım heyəti cəlb edilib.
     24.06.2019
    Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...
    Tramp məsələyə reaksiya verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ