Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:20.01.2022 13:48:00

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən İslamazeri.com-a verilən məlumata görə, yanvarın 20-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclü olub.

Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 11.0 mm, Balakən, Zaqatalada 6.0 mm, Şərur, Ağdərədə (Ordubad) 3.0 mm, Şahbuz, Daşkəsən, Göygöl, Kişçay (Şəki), Sədərəkdə 2.0 mm, Naxçıvan, Şəmkir, Quba, Qusar, Xaltan, Qrız, Qəbələ, Göyçay, İmişli, Kürdəmir, Cəfərxan, Yardımlı, Lənkəran, Şahdağ, Qobustan, Zərdab, Biləsuvar, Göytəpə, Kəlvəzdə 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü aşağıdakı kimidir:

Ağdərədə (Ordubad) 35 sm, Sarıbaşda (Qax) 27 sm, Qubada 20 sm, Kəlvəzdə 18 sm, Qrızda 16 sm, Xaltan 8 sm, Altıağacda 6 sm, Daşkəsən, Göygöl, Zaqatala, Şərur, Naxçıvanda 5 sm, Lerik, Sədərəkdə 4 sm, Balakən, Kişçay (Şəki), Şahdağda 3 sm, Qusarda 2 sm olub.

Şimal-qərb küləyinin maksimal sürəti: arabir Naftalan 30 m/s, Neftçalada 20 m/s, Mingəçevirdə 18 m/s, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Prosses gün ərzində davam edəcək, axşama doğru bir qədər səngiyəcək, 21-dən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu tədricən 3-4° yüksələcək.


Ölkədə müşahidə olunan FAKTİKİ HAVA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ