1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:23.01.2020 12:28:35

İraq prezidenti Barham Salihin Davosda ABŞ prezidenti Donald Tramp ilə görüşməsi İraqda etirazlara səbəb olub.

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, İraq prezidenti Barham Salihin Davosda ABŞ prezidenti Donald Tramp ilə görüşməsi İraqda etirazlara səbəb olub.

“Nücəba” hərəkatının sözcüsü Nasir Şimri  görüşlə bağlı Salihə xitabla deyib: “Öz əllərinlə özünü devirdin, özünü balacalaşdırdın və zillətə yönəltdin.”

Hərəkat sözcüsü həmçinin Barham Salihin 2017-cü ildə Kürdüstan Bölgəsinin ayrılması ilə bağlı referendumunu dəstəkləməsinə işarə edərək “Rədd ol separatçı, iraqlıların şəhidləri və pak qanlarına dəyər verməyən onlardan biri deyildir.”, -deyə əlavə edib.

Qeyd edək ki, ABŞ İraq suverenliyi və dövlət sərhədlərini heçə sayaraq İraq Ordusunun bir parçası olan “Haşdi Şabi”nin yüksək rütbəlilərindən biri, həmçinin İraq hökümətinin dəvətilə anti-terror əməliyyatlarına dəstək vermək və təşkil etmək üçün İraqa gəlmiş Qüds güclərinin rəhbərinə sui-qəsd etmişdi. Buna görə, parlament ABŞ Ordusunun İraqdan çıxmasını tələb etmişdi. İraq prezidentinin İsveçrəyə səfəri zamanı Trampla görüşmə ehtimalı olduğundan “Haşdi Şabi” və bir çox siyasi qruplar Barham Salihi Trampla görüşməməyə çağırmışdı.


“Nücəba” hərəkatından İraq prezidentinə sərt mesaj: Öz əllərinlə özünü devirdin!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəhreyndə koronavirusa yoluxanların sayı kəskin artdı
    Bu gün Bəhreyndə daha 9 nəfərə koronavirus diaqnozu qoyulub.
     26.02.2020
    20 Yanvar hadisələrində Bakıya qoşun yeridən Yazov öldü
    Dmitri Yazov 1990-cı ilin 20 yanvar hadisələri vaxtı Bakıya sovet qoşunlarının yeridilməsi ilə bağlı tənqid olunur
     26.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ