1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:10.03.2019 02:02:27

Musəvi ABŞ-ın regionda müqavimət oxuna tətbiq etdiyi təzyiqlərin iflasa uğradığını vurğulayıb.

Tehranda Fars Xəbər Agentliyində şənbə günü keçirdiyi mətbuat konfransında danışan Nücəba Hərəkatının mətbuat katibi Seyid Haşim Musəvi müxtəlif mövzuları qiymətləndirib.

İslamazeri.com xəbər verir ki, İraqın "Nücəba" İslami Hərəkatının mətbuat katibi Musəvi ABŞ-ın regionda müqavimət oxuna tətbiq etdiyi təzyiqlərin iflasa uğradığını vurğulayıb.

Başda ABŞ Prezidenti Donald Trampın "Əsrin müqaviləsi" adlı tələ və İsraillə münasibətləri normallaşdırma təxribatı olmaqla müxtəlif məsələləri şərh edən Seyid Haşim Musəvi ABŞ-ın regionda müqavimət oxuna siyasi, iqtisadi və hərbi təzyiq göstərdiyini, ancaq indiyə qədər bu təzyiqləri tətbiq etməkdə uğursuzluğa uğradığını bildirib.

"Nücəba" nümayəndəsi həmçinin, ABŞ-ın bu hərəkata sanksiya tətbiq etməsinə işarə edərək, ABŞ rəhbərliyinin İraq və Suriyada İŞİD terror təşkilatı ilə müharibədə müqavimət oxunu zəiflətmək istədiyini, lakin müqavimət oxunun hər keçən gün daha da gücləndiyini və ABŞ-ın hiylələrinə yol vermədiyini vurğulayıb.


“Nücəba”: ABŞ-ın təzyiqləri uğursuzluqla nəticələndi, müqavimət oxu gücləndi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ