"Yəmən xalqının müqaviməti ərəb xalqlarının ərəb-islam maraqlarına uyğun hərəkət etmələri üçün ilham mənbəyinə çevriləcək".

İslamazeri.com "İslamTimes"a istinadən xəbər verir ki, Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti bildirib ki, təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına üzv ölkələr Yəməndə törətdikləri cinayətləri pərdələmək üçün ictimai fikri yayındırmaq siyasətinə əl atıb.
Məhəmməd əl-Bəxiti deyib:
"Səudiyyə koalisiyası hər məğlubiyyətdən sonra dinc sakinləri bombalayır. Bir çox rejimlərin mövqeyi koalisiya ölkələrinə dəstək vermək, onların cinayətlərini ört-basdır etməkdir."
Bu barədə Ənsarullah rəsmisi əlavə edib:
"Yəmən xalqının müqaviməti ərəb xalqlarının ərəb-islam maraqlarına uyğun hərəkət etmələri üçün ilham mənbəyinə çevriləcək...
Yəmənin internet şəbəkəsinə hücumlar isə Yəməni xarici dünyadan ayırmaq və koalisiyanın cinayətlərini gizləmək üçün atılmış bir addımdır."
Ənsarullah rəsmisi: "Səudiyyə hər məğlubiyyətdən sonra dinc sakinləri bombalayır"