1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.10.2018 22:11:48

Cabiri Ənsari və isveçli diplomat görüşdə Yəmən və Liviyadakı son vəziyyəti müzakirə edib.

İsveçin Yəmən və Liviya üzrə xüsusi nümayəndəsi Piter Semnibye Tehranda İran xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari ilə görüşüb.

İslamazeri.com xəbər verir ki, Cabiri Ənsari və isveçli diplomat görüşdə Yəmən və Liviyadakı son vəziyyəti müzakirə edib.

İran Xarici İşlər Nazirliyinin binasında baş tutan görüşdə iki diplomat həmçinin Yəmən böhranına və bu ölkəni bürüyən humanitar faciəyə son vermə yolları müzakirə olunub.

Bundan bir neçə gün əvvəl də Cabiri Ənsari Tehranda Yəmənin "Ənsarullah" Hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssəlamla görüş keçirib.

Görüşdə Yəməndə sülh prosesi və bu istiqamətdəki danışıqların uğurla nəticələnməsi və Yəmən xalqının rahatlığa qovuşması müzakirə olunub.


Ənsari İsveç və "Ənsərullah" nümayəndələrilə görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi
    Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.
     29.05.2020
    Restoran, kafe və çay evlərində xidmət saatları artırılır
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     29.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ